Azərbaycan yığması Kosovo ilə oyunöncəsi son məşqinə çıxıb

Azərbaycan yığması Kosovo ilə oyunöncəsi son məşqinə çıxıb Priştina. 20 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında səfərdə Kosovo ilə keçirəcəyi VI tur matçından əvvəl Azərbaycan yığması son məşqinə çıxıb.
Futbol
20 Noyabr , 2018 07:21
Azərbaycan yığması Kosovo ilə oyunöncəsi son məşqinə çıxıb

Priştina. 20 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında səfərdə Kosovo ilə keçirəcəyi VI tur matçından əvvəl Azərbaycan yığması son məşqinə çıxıb.

"Report"un Priştinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Fadil Vokrri adına stadionda təşkil olunmuş hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Məşqi Milli Dəstə fan-klubunun rəhbəri Şamil Mustafayev də izləyib. Onun səsləndirdiyi mahnı və şüarlara cavab olaraq, milli üzvləri onu alqışlayıblar.

Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Bundan əvvəl Azərbaycan millisi Bakıda Farer adaları yığmasını məğlub edib.

Son xəbərlər

Orphus sistemi