Yuxarı

Azərbaycan yığması növbəti tarixi uğura imza ataraq Çexiyadan 1 xalla qayıdır - FOTO - VİDEO

Azərbaycan milli komandası Çexiya yığması ilə səfərdə heç-heçə edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, bu dəfə rəqib Çexiya yığması olub. 

C qrupunun III turunun görüşü Çexiyanın Ostrova şəhərində olub. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda cari seçmə mərhələdə uğurliu çıxışını davam etdirib. 

Belə ki, millimiz ən çətin səfərlərdən birindən xalla qayıdıb. Hərçənd, millimiz kaptanı, aparıcı müdafiəçisi Rəşad Sadıqov zədəli olduğundan oyuna ciddi itki ilə çıxmışdı. Bununla belə, Azərbaycan yığması növbəti tarixi uğura imza ata bilib.

Seçmə mərhələnin ilk oyununda San Marinonu (1:0), ardınca Norveçi məğlub edən (1:0) milli komanda tarixində ilk dəfə seçmə tsiklə ardıcıl iki qələbə ilə start verib. Hesabına 7-ci xalı yazan millimiz qrupda 2-ci pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, milli komanda növbəti oyununu noyabrın 11-də qrupda ən yaxın izləyicisi olan Şimali İrlandiyaya qarşı keçirəcək. Belfastda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur

11 oktyabr

22:45. Çexiya - Azərbaycan - 0:0

Baş hakim: Matey Yuq

Yan xətt hakimləri: Tomaj Klançnik, Manuel Vidali

Dördüncü hakimlər: Mitya Jqanets (hamısı Sloveniya)

Ostrava. "Uindzor Park"

KOMANDALAROQBMT-FXAL
Almaniya330099
Azərbaycan321027
Şimali İrlandiya311114
Norveç3102-13
Çexiya3021-32
San Marino3003-80
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi