Yuxarı

Azərbaycan yığmasının futbolçusunun çıxış etdiyi kluba yeni baş məşqçi təyin olunub

Ruslan Qurbanov Damir Buriçin rəhbərliyi altında çalışacaq

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" (Split) komandasında baş məşqçi dəyişikliyi baş verib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Damir Buriç təyin olunub. 

51 yaşlı mütəxəssis yeni vəzifədə Harri Vukası əvəzləyəcək. D.Buriç iyunun 1-də ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, Harri Vukasın rəhbərliyi altında "Hayduk" Xorvatiya çempionatını bürünc medalla başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Damir Buriç isə 27 ilədək Almaniyada yaşayıb və həm futbolçu, həm də məşqçi kimi çalışıb. O, son olaraq, Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında Raner Adrionun köməkçisi olub. Ruslan Qurbanov "Hayduk"a qışda "Neftçi"dən yarım illik icarəyə verilib. Onun Xorvatiya klubundakı gələcək taleyi hələ məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi