Azərbaycan millisi Avropa çempionatının elit-raundunda Rusiya ilə heç-heçə edib

Azərbaycan millisi Avropa çempionatının elit-raundunda Rusiya ilə heç-heçə edib 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayıb.
Futbol
20 Mart , 2019 20:15
Azərbaycan millisi Avropa çempionatının elit-raundunda Rusiya ilə heç-heçə edib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib.

I qrupda mübarizə aparan komanda ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qrupda ilk turun digər oyununda İrlandiya Rumıniyanı darmdağın edib - 5:0.

Azərbaycan millisi növbəti oyununu martın 23-də İrlandiyaya qarşı keçirəcək. Rusiya isə həmin gün Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdən əldə edib. Daha sonra kollektiv Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib.

Qeyd edək ki, 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

AVRO-2019-un elit-raundu

I qrup

18:00. Rusiya - Azərbaycan - 0:0

Hakimlər: Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)

Krasnodar Akademiyasının stadionu

İrlandiya - Rumıniya - 5:0

Son xəbərlər

Orphus sistemi