Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması Avropa çempionatında ilk oyununa çıxacaq

    Seçmə mərhələdə rəqib İngiltərə yığması olacaq

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq. "Report"un məlumatına görə, Rumıniyada təşkil olunan IV seçmə qrupda ilk rəqib İngiltərə yığması olacaq.

    Vüqar Məmmədin rəhbərlik etdiyi komanda oktyabrın 27-də Avstriya, oktyabrın 30-da isə ev sahibi Rumıniya ilə qarşılaşacaq. Elit mərhələyə vəsiqə qazanmaq istəyən yığma ya qrupda ilk iki pillədən birini tutmalı, ya da üçüncü yerdə qərarlaşan ən yaxşı 5 komandalardan biri olmalıdır. Milli üzvləri son hazırlıq prosesini Serbiyada keçib. Komandada yer alan 18 futbolçudan 6-sı legionerdir. 

    Artıq Rusiya, İrlandiya, Fransa, Hollandiya, Macarıstan, İsveç, Finlandiya, İspaniya, Slovakiya, Şotlandiya, Portuqaliya, Türkiyə və Norveç yığmaları elit mərhələyə vəsiqəni təmin edib.

    Avropa çempionatı, seçmə mərhələ, VI qrup

    20:00. İngiltərə - Azərbaycan

    Baş hakim: Fyodor Zammet (Malta)

    Yan xətt hakimləri: Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya)

    Dördüncü hakim: Katalin Qaman (Rumıniya)

    Buftea. RFR-in futbol mərkəzi

    Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2017-ci ildə Xorvatiyada keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi