Azərbaycan yığması "Atırau"nu məğlub edib

Azərbaycan yığması "Atırau"nu məğlub edib Millimiz Qazaxıstan təmsilçisini 2:1 hesabı ilə yenib
Futbol
23 Fevral , 2015 22:33
Azərbaycan yığması Atıraunu məğlub edib

Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama matçında qələbə qazanıb.

"Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, milli Qazaxıstan "Atırau"sunu məğlub edib - 2:1.

Qalib komandadan qolları 31-ci dəqiqədə Taşkın İlter, 90-cı dəqiqədə isə Azər Salahlı vurub. Bu, həm də Yaşar Vahabzadənin baş məşqçi postunda birinci oyunu olub.

"Susesi" otelinin meydançasında keçirilmiş qarşılaşmanı AFFA Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyev və Ağasəlim Mircavadov da izləyib. İlk yarının ortalarında əsas millinin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Yanko Yankoviç də stadiona gəlib.

"Atırau" matça əsas heyətlə çıxmayıb. Baş məşqçi Vladimir Nikitenko ötən gün Rusiya "Rostov"u ilə qarşılaşmada meydana buraxdığı futbolçulara istirahət verib. Əvəzində gənclər və "Rostov"la görüşdə oynamayanlar meydana çıxıb.

Matç Bakı vaxtı ilə saat 19:30-da keçirilməli olsa da, gec baş tutub. Buna oyunu idarə etməli olan türkiyəli hakimlər briqadasının qarşılaşmaya gecikmələri səbəb olub.

Son xəbərlər

Orphus sistemi