Yuxarı

Azərbaycan yığması Antalyada növbəti məşqinə çıxıb

Hazırlıq prosesində cəmi 20 oyunçu iştirak edib

Antalya. 23 Fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində toplanışda olan futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti məşqinə çıxıb. "Report”un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırlıq prosesində cəmi 20 oyunçu iştirak edib.

Onlardan 2-si – qapıçılar Emil Balayevlə Andrey Popoviç, eləcə də kapitan Rəşad Sadıqov komandadan ayrı çalışıb. Futbolçular isinmə hərəkətlərindən sonra qruplara bölünərək, qısa ötürmələrlə futbol oynayıblar. Daha sonra onlar müxtəlif kombinasiyaları yerinə yetirməklə Balayev və Popoviçin qoruduğu qapıya hücumlar təşkil ediblər. Baş məşqçi Robert Prosineçki vaxtaşırı futbolçulara göstərişlərlə yanaşı, qısa istirahət verməyi də unutmayıb.

Daha sonra komanda 2 yerə bölünərək, meydanın yarı hissəsində futbol oynayıb. Ardından künc zərbəsindən oyuna daxil edilən topun cərimə meydançasından uzaqlaşdırılması üzərində qurulan tapşırıq yerinə yetirilib. Prosineçki son tapşırıqlarını da verdikdən sonra məşq yekunlaşıb.

Qeyd edək ki, hazırlıq prosesini AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev də izləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi