Yuxarı

Azərbaycan millisinin futbolçusu Almaniyada əməliyyat olunacaq

Rauf Əliyev yaxın vaxtlarda səfərə çıxacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun futbolçusu Rauf Əliyev Almaniyada əməliyyat olunacaq. Bu barədə "Report"a 26 yaşlı hücumçunun özü məlumat verib.

R.Əliyev bildirib ki, səfərin dəqiq tarixi yaxın günlərdə bilinəcək. Əməliyyat olunduqdan sonra onun bərpa müddətinə aydınlıq gələcək. 

Qeyd edək ki, Rauf Əliyev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində onun xaçabənzər bağlarında qırıq aşkarlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi