Azərbaycan millisinin futbolçusu Almaniyada əməliyyat olunacaq

Azərbaycan millisinin futbolçusu Almaniyada əməliyyat olunacaq Rauf Əliyev yaxın vaxtlarda səfərə çıxacaq
Futbol
9 Oktyabr , 2015 17:01
Azərbaycan millisinin futbolçusu Almaniyada əməliyyat olunacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və Bakının "İnter" klubunun futbolçusu Rauf Əliyev Almaniyada əməliyyat olunacaq. Bu barədə "Report"a 26 yaşlı hücumçunun özü məlumat verib.

R.Əliyev bildirib ki, səfərin dəqiq tarixi yaxın günlərdə bilinəcək. Əməliyyat olunduqdan sonra onun bərpa müddətinə aydınlıq gələcək. 

Qeyd edək ki, Rauf Əliyev Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" ilə oyunun 76-cı dəqiqəsində zədələnərək əvəzlənib. İlkin müayinə nəticəsində onun xaçabənzər bağlarında qırıq aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi