Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub Bakı. 23 noyabr. REPORT.AZ/ 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının futbol üzrə Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Futbol
23 Noyabr , 2018 15:40
Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Bakı. 23 noyabr. REPORT.AZ/ 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının futbol üzrə Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 Almaniya, Portuqaliya və Albaniya ilə 3-cü qrupda qərarlaşıb. 

U-17 millisi isə 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları ilə mübarizə aparacaq.

U-19 millisi 2019-cu il oktyabrın 2-də Portuqaliya, oktyabrın 5-də Almaniya, oktyabrın 8-də Albaniya ilə, U-17 isə oktyabrın 17-də Sloveniya, oktyabrın 20-də Norveç, oktyabrın 23-də Farer adaları ilə üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, Portuqaliya və Farer adalarında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi