Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmalarının Avropa çempionatındakı rəqibləri müəyyənləşib

    U-19 7-ci U-17 isə 11-ci qrupda yer alıb

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün 2017/2018-cil il mövsümü üçün U-17 və U-19 yaş qrupuna aid yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

    "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

    On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 11-ci qrupda yer alıb. Yığma İrlandiya, Ukrayna və Bolqarıstanla qarşılaşacaq. Oyunlar gələn il oktyabrın 10, 13 və 16-da Bolqarıstanda keçiriləcək.

    Yeddinci qrupda qərarlaşan U-19 yığmasının rəqibləri isə Serbiya, İrlandiya və Kiprdir. Bu qrupun oyunları isə gələn il oktyabrın 4, 7 və 10-da İrlandiyada keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi