Yuxarı
    Bağlamaq

    Azərbaycan yığma komandasının qapıçısının Almaniya klubuna keçidi rəsmiləşib

    Emil Balayev “Ayntraxt”ın şərəfini qoruyacaq

    Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan yığma komandasının və "Neftçi" peşəkar futbol klubunun qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. "Report"un "Neftçi" PFK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq. Gənc qapıçı dekabrın 14-də saat 15-30-da “Bakcell Arena”nın mətbuat zalında “Neftçi” - “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. 
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi