Azərbaycan-Xorvatiya oyunu başa çatıb

Azərbaycan-Xorvatiya oyunu başa çatıb Azərbaycan millisi elit-raunda məğlubiyyətlə start verib
Futbol
17 Mart , 2015 18:14
Azərbaycan-Xorvatiya oyunu başa çatıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun oyunları keçirilib. 

"Report"un məlumatına görə, qrupun ilk oyununda Portuqaliya və Serbiya komandaları üz-üzə gəlib.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş qarşılaşmada qapılara top vurulmayıb.

Növbəti oyunda isə Azərbaycan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib. "Bakcell Arena"da keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində Majiç Murad Popovun qoruduğu qapıya yol tapa bilib. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb. İkinci hissədə də daha aktiv olan qonaqlar 62-ci dəqiqədə milli komandanı ikinci dəfə məyus edib. Majiç dublunu rəsmiləşdirib. Cəmi 2 dəqiqə sonra qonaqlar yenidən fərqlənib. Bu dəfə Erliç adını tabloya yazdırıb. Matçın bitməsinə saniyələr qalmış Bleçiç də fərqlənib və hesab arasındakı fərqi 4-ə çatdırıb. Qarşılaşma Xorvatiya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk oyundan sonra Xorvatiya millisi qrup liderliyini ələ keçirib. Portuqaliya və Serbiya komandaları 2-ci və 3-cü yerə sahib çıxıb. Azərbaycan isə ilk oyundan sonra qrupun son pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi