Yuxarı

Azərbaycan - Xorvatiya matçının biletləri satışa çıxarılıb

Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatadır

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan və Xorvatiyanın futbol üzrə milli komandaları arasında sentyabrın 3-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür.

Eyni zamanda, onlayn satışa da start verilib. Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatadır.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi