Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Konsulluqlararası Futbol Turniri keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Konsulluqlararası Futbol Turniri keçirilib Üçüncü yer uğrunda görüşdə Azərbaycan Ukraynaya qalib gəlib
Futbol
16 Aprel , 2018 09:30
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Konsulluqlararası Futbol Turniri keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Konsulluqlararası Futbol Turniri keçirilib.

“Report”un Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, TFF-in dəstəyi, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan yarışa Fransa, Ukrayna, İraq, Qazaxıstan, Qırğızıstan, Hollandiya, Rusiya, Özbəkistan, Qətər və ABŞ-ın İstanbul Baş Konsulluğunun, eləcə də İstanbul Valiliyi, TFF, BMT/Qızıl Aypara və Türk Şurasının komandaları qatılıb.

Hasan Doğan Milli komandaların Təlim-Məşq Bazasında keçirilən turnirin qalibi finalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edən Qırğızıstan olub. Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan Ukraynaya qalib gəlib – 8:2.

Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev dəstəyə görə TFF rəhbərliyinə təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi