Bakı. 24 mart. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı -2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, yığmamız Rostov şəhərindəki “Olimp-2” stadionunda Rusiya komandası ilə qarşılaşıb.
Görüş başlamazdan əvvəl Dubaydan Rostova uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan insanlar bir dəqiqəlik sükutla yad edilib, ardınca oyuna start verilib.
Görüşdə hesabı Azərbaycan millisi açıb: Mahir Mədətov 47-ci dəqiqədə rəqib qapıçını məyus edib. Ev sahibləri 51-ci dəqiqədə İlya Zuyevin qolu ilə hesabda tarazlıq yaradıb - 1-1. Beş dəqiqə sonra rəqib Dmitri Barinovun qolu ilə hesabda önə keçib. 59-cu dəqiqədə isə Rahil Məmmədov görüşdə yekun hesabı müəyyən edib - 2:2.
Bakıda keçirilən qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.