Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb.
Futbol
13 Noyabr , 2019 13:58
Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək. 

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq. 

 Aytekin ilk dəfə Azərbaycan millisinin oyununa təyinat alsa da, daha öncə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki matçını idarə edib. 2011-ci ildən beynəlxalq təyinat alan hakim Ağdam təmsilçisinin Madriddə İspaniya "Atletiko"su ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada iş başında olub. O, matçın 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün Pedro Enrikeyə birbaşa qırmzı vərəqə verib.

Türk əsilli referi ötən il Millət Liqasında Uelsin səfərdə Danimarkaya uduzduğu (0:2) görüşü də idarə edib.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda Bakıda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi