​Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub

​Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub Siyahıya 86.142 xalla İspaniya başçılıq edir
Futbol
18 Sentyabr , 2015 09:43
​Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarından sonra UEFA reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan siyahının 26-cı pilləsində qərarlaşıb.

"Qəbələ"nin Yunanıstan PAOK-u ilə heç-heçəsi (0:0) Azərbaycanın aktivinə 0.250 xal yazdırıb. "Qarabağ" isə Londonda "Tottenhem"ə (1:3) məğlub olduğundan reytinq siyahısına xal əlavə edə bilməyib.

Azərbaycanın aktivində hazırda 13.625 xal var. Bu nəticə ilə siyahıda ən yaxın olan ölkələri - Qazaxıstan, Serbiya, Bolqarıstan və Sloveniya 0.500 xal geridə qoyub. Norveç isə 16.250 xalla 25-ci pillədədir.

Siyahıya 86.142 xalla İspaniya başçılıq edir. İkinci və üçüncü yerlərdə isə Almaniya (67.606) və İngiltərə (65.284) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi