Azərbaycan UEFA reytinqində geriləyib

Azərbaycan UEFA reytinqində geriləyib Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan UEFA reytinqində geriləyib.
Futbol
24 Avqust , 2018 09:45

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan UEFA reytinqində geriləyib.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları yekunlaşdıqdan sonra baş verib. “Qarabağ”ın Moldovada “Şerif”ə 0:1 hesabı ilə uduzması ölkənin mövqeyinə mənfi təsir edib.

18,250 xala malik Azərbaycan 1 pillə geriləyərək, 26-cı mövqedə qərarlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. 

Son xəbərlər

Orphus sistemi