Azərbaycan U-17 millisi Bolqarıstan yığmasının qapısından dörd cavabsız top keçirib

Azərbaycan U-17 millisi Bolqarıstan yığmasının qapısından dörd cavabsız top keçirib Oyunda qolları Zəhra İnceoğlu, Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Firəngiz Teymurova vurublar
Futbol
1 Avqust , 2015 00:34
Azərbaycan U-17 millisi Bolqarıstan yığmasının qapısından dörd cavabsız top keçirib

Bakı. 1 avqust. REPORT.AZ/ Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş UEFA-nın inkişaf turniri çərçivəsində sonuncu oyununu keçirib.

AFFA-dan Report-a bildiriblər ki, bolqarıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qələbə qazanıb.

Oyunda qolları Zəhra İnceoğlu, Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Firəngiz Teymurova vurublar.

Son xəbərlər

Orphus sistemi