Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Avrasiya Kubokuna dəvət alıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Avrasiya Kubokuna dəvət alıb Turnirdə 80-dək şahmatçı iştirak edəcək
Futbol
1 İyun , 2016 17:00
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Avrasiya Kubokuna dəvət alıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Qazaxıstanın Almatı şəhərində iyunun 18-də start götürəcək Avrasiya Kubokuna qatılacaq. "Report"un məlumatına görə, iki gün davam edəcək yarışda 20-dən artıq ölkənin 80-dək zəka sahibi mübarizə aparacaq.

Onlardan qadınlar arasında dünya çempionu Hou İfan, Avropa çempionu Yan Nepomnyaşi, blits üzrə üçqat dünya çempionu Aleksandr Qrişuk, Dünya Kubokunun sahibləri Pyotr Svidler və Boris Gelfandı da qeyd etmək olar. Fəxri qonaqlar arasında dəfələrlə dünya çempionu olmuş Anatoli Karpov da yer alacaq.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov sürətli şahmat üzrə dünya çempionudur. Hazırda həm o, həm də Hou İfan Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi