Azərbaycan - Qırğızıstan oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix açıqlanıb

Azərbaycan - Qırğızıstan oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix açıqlanıb Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının biletləri mayın 8-də satışa çıxarılacaq.
Futbol
7 May , 2018 16:15
Azərbaycan - Qırğızıstan oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix açıqlanıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının biletləri mayın 8-də satışa çıxarılacaq.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşün biletlərinin qiyməti I kateqoriya üçün 1 manatdır. VİP yerlərə nəzərdə tutulan biletlər isə 10 manata əldə etmək mümkündür.

Biletləri ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, 1, 2 və 3 nömrəli köşklərdən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi