Bakı. 26 mart. REPORT.AZ/ Bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) Türkiyənin Antalya şəhərində Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
AFFA-dan “Report”a verilən məlumata görə, oyun "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.
Matçı türkiyəli FIFA referiləri idarə edəcək.
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Kerem Ersoy
Dördüncü hakim: Halil Umut Meler.