Bakı. 29 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəlində dəyişiklik edilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rəvan" – "Kəpəz" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi martın 5-də keçirilməyəcək.
Hər iki klubun razılığını və oyunun canlı yayımlanmasını rəhbər tutan PFL görüşün martın 6-da keçirilməsinə qərar verib.