Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb

Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb FİFA referilərindən yalnız Rəhim Həsənov iş başında olacaq
Futbol
6 May , 2016 12:08
Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb

Bakı. 6 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun hakimləri açıqlanıb. "Report"un məlumatına görə, mayın 7-də keçiriləcək oyunlara təyinat alanlar arasında debütant da var. 

Bu, Rövşən Rəcəbovdur. Rəcəbov "Qarabağ"ın "Sumqayıt"la "İnter Arena"da oynayacağı qarşılaşmanın baş hakimi olacaq. 

FİFA referilərindən yalnız Rəhim Həsənova təyinat verilib. O, "Neftçi" ilə "Zirə"ni meydana çıxaracaq. 

7 may (şənbə)

19:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
Bakı, “İnter Arena”

17:00. “Rəvan” – “İnter”

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
Bakı, “Bayıl Arena”

16:00. “Xəzər Lənkəran” – “Kəpəz”

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

19:05. “Neftçi” – AZAL

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
Abşeron, “Əlincə Arena” (“CBC Sport”, canlı)

15:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov

Zirə İdman Kompleksinin stadionu (“CBC Sport”, canlı)

Son xəbərlər

Orphus sistemi