Yuxarı

Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vurulub

Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vurulub
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının İnter və Gəncənin Kəpəz komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyun...

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının "İnter" və Gəncənin "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub. "Report"un məlumatına görə, qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.

Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.  

Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi