Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasının oyunu birdəqiqəlik sükutla başlayıb

    Futbolçular Kəpəzin fəal azarkeşi Hüseyn Hüseynovun xatirəsini anıblar

    Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIV turun “Kəpəz”lə "İnter” arasındakı açılış oyunu birdəqiqəlik sükutla başlayıb. "Report"un məlumatına görə, Gəncə klubunun futbolçuları meydana qara sarğı ilə çıxıblar.

    Onlar komandanın bu yaxınlarda vəfat edən fəal azarkeşi Hüseyn Hüseynovun xatirəsini anıblar. Stadionun tribunasında isə “Hüseyn dayı, siz həmişə bizimləsiz” baneri açılıb.

    Qeyd edək ki, gəncəli azarkeşlərin Hüseyn dayı kimi tanıyıb çağırdığı fanat 74 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Hüseyn Hüseynov "Kəpəz"in çılğın azarkeşi kimi tanınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi