Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 27-də keçiriləcək Azərbaycan Premyer Liqasının XXIII turunun oyunlarında birdəqiqəlik sükut olacaq. Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
A.Şahgəldiyevin sözlərinə görə, sükut həm Xocalı soyqırımı, həm də Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılovun ölümü ilə əlaqədar olacaq.
Qeyd edək ki, XXIII turun bütün oyunları sabah keçiriləcək.