Azərbaycan Premyer Liqasının gümüş və bürünc medalları Qəbələyə aparılacaq

Azərbaycan Premyer Liqasının gümüş və bürünc medalları Qəbələyə aparılacaq "Uyğun hesab qeydə alınsa, “Qəbələ”yə gümüş, “İnter”ə isə bürünc medallar təqdim olunacaq"
Futbol
19 Aprel , 2017 12:19
Azərbaycan Premyer Liqasının gümüş və bürünc medalları Qəbələyə aparılacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc və gümüş mükafatçıları Qəbələ şəhərində mükafatlandırıla bilər. Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) direktoru Məlik Həsənov məlumat verib.

O, bildirib ki, aprelin 23-də XXVIII tur çərçivəsində keçiriləcək “Qəbələ” – “İnter” görüşünün yekununda meydan sahiblərinə gümüş, qonaqlara isə bürünc medalların təqdim edilməsi mümkündür. Bunun üçün isə meydan sahiblərinin 1:3-dən başlayaraq, ən azı 2 top fərqi ilə uduzmaması lazımdır: “2016/2017 mövsümündə 2-ci və 3-cü yer üçün nəzərdə tutulan medallar Qəbələyə aparılacaq. Lakin PFL-in əyalətə hansı heyətlə yollanacağı dəqiq bilinmir. Hər şey nəticədən asılıdır. Uyğun hesab qeydə alınsa, “Qəbələ”yə gümüş, “İnter”ə isə bürünc medallar təqdim olunacaq".

Qeyd edək ki, “Qəbələ” hazırda 49 xalla 2-ci, “İnter” isə 43 xalla 3-cü pillədə qərarlaşıb. “Qırmızı-qaralar” ilk dövrədə paytaxt klubu ilə evdə qolsuz bərabərə qaldığı halda, səfərdə keçirdiyi son iki qarşılaşmada meydanı 1:1 hesablı heç-heçə və 2:0  hesablı qələbə ilə tərk edib. 

Son xəbərlər

Orphus sistemi