Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu transferə çıxarılıb

Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu transferə çıxarılıb Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır
Futbol
11 İyul , 2018 11:06
Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu transferə çıxarılıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Sumqayıt” klubu Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transferə çıxarıb.

Klubdan “Report”a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb. “İmamverdiyev “Sumqayıt”da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir” deyə mətbuat katibi Rəşad Məmmədov bildirib. 

Qeyd edək ki, Cavid İmamverdiyev “Sumqayıt”a ötən yay “Neftçi”dən keçib. O, İdman Araşdırmalar Mərkəzinin Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında apardığı sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Son xəbərlər

Orphus sistemi