Bakı. 3 sentyabr. REPORT.AZ/ "Sabah" klubunun futbolçusu Marko Deviç vətəni Ukraynada A kateqoriyalı məşqçi kurslarına qatılıb.
Bu barədə "Report"a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib.
E.Əhmədovun sözlərinə görə, 35 yaşlı hücumçu bununla əlaqədar üçgünlük icazə alıb: "Marko peşəkar futbolçu olmaqla yanaşı, hazırda Ukraynada məşqçilik kurslarında da oxuyur. Üç gün davam edəcək kurs üçün icazəlidir".
Qeyd edək ki, bu mövsüm "Sabah" klubunun Azərbaycan Premyer Liqasında vurduğu bütün 4 qola Marko Deviç imza atıb. O, hazırda çempionatın bombardiridir.