Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına start verilib

    İnter Bakını məğlub etdi, AZAL qalib gəldi, Neftçidən növbəti heç-heçə

    Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına start verilib.

    "Report" Azərbaycan Peşəkar Futbol Ligasının rasmi saytına istinadən xəbər verir ki, "Bakı" öz meydanında "İnter"lə qarşılaşıb. 39-cu dəqiqədə Mikel Alvaronun qolu ilə "bankirlər" önə keçib - 0:1. Oyunda başqa qol qeydə alınmayıb.

    "Sumqayıt" səfərdə AZAL-ın qonağı olub. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəldilər.

    Bununla da AZAL 12 oyundan 13 xal toplamaqla iki pillə (8-dən 6-ya) irəliləyib.

    Günün mərkəzi oyunu olan "Neftçi" - "Qəbələ" qarşılaşçasında isə qol qeyudə alınmadı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi