Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Futbol
5 Avqust , 2019 05:45
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Mərasimə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri qatılacaqlar. Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi