Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma vaxtı dəqiqləşib

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma vaxtı dəqiqləşib Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edəcək
Futbol
23 İyul , 2016 17:03
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma vaxtı dəqiqləşib

Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasiminin vaxtı dəqiqləşib. "Report"un məlumatına görə, tədbir 26 iyul saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq. 

Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edəcək. 

Qeyd edək ki, yeni mövsüm 8 komanda - "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt"ın iştirakı ilə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi