​Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk təyinatları açıqlanıb

​Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk təyinatları açıqlanıb Açılış oyununu Rəhim Həsənov idarə edəcək
Futbol
5 Avqust , 2016 11:51
​Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk təyinatları açıqlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün ilk turuna təyinatlar açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümün açılış oyununda Rəhim Həsənov iş başında olacaq.

3 günü əhatə edəcək turda bütün oyunlar "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

6 avqust (şənbə)

18:00. AZAL – "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

Bakı. "AZAL Arena"

20:00. "Zirə" – "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Bakı. Zirə İdman Kompleksinin stadionu

7 avqust (bazar)

20:00. "İnter" – "Qarabağ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim inspektor: Məlik Həsənov

"İnter Arena"

8 avqust (bazar ertəsi)

19:00. "Qəbələ" – "Kəpəz"

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim inspektor: Xaqani Məmmədov

Bakı. "Dalğa Arena"

Son xəbərlər

Orphus sistemi