Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub "Qəbələ"nin səkkiz oyunluq qələbə seriyasına son qoyuldu
Futbol
2 May , 2015 21:50
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub

Bakı. 2 May. REPORT.AZ/ Bu gün keçirilən daha iki oyunla Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

"Report"un məlumatına görə, "Bakı" "Xəzər-Lənkəran"ın görüşdə 2:1 hesablı gələbə qazanıb. "Bakı"nın heyətində Nurlan Novruzov dubl edərək bombardirlər siyahısında ən yaxən izləyicisini 3 top qabaqlayaraq qolların sayını 15-ə çatdırıb.

Artıq Avropa kuboklarına vəsiqəni təmin etmiş "Qəbələ" ilə "Qarabağ" arasındakı qarşılaşma isə heç-heçə ilə nəticələnsə də daha gərgin alınıb. 

Matçın sonlarında baş hakimin təyin etdiyi penaltıya "Qarabağ"ın azarkeşləri, futbolçuları və hətta baş məşqçi Qurban Qurbanov da kəskin sürətdə etirazlarını bildiriblər. Ancaq hakimin qerarı deyişməyib.

Zərbəni dəqiq yerinə yetirən Cavid Huseynov komadasını məğlubiyyətdən xilas edib. Amma "Qəbələ"nin 8 oyunluq qələbə seriyasına da son qoyulub.

Turun daha əvvəl keçirilən digər qarşılaşmalarında Bakıda "Sumqayıt"ı qəbul edən "Neftçi" çox mühüm iki xal itirmişdi (2:2).

Turun digər qarşılaşması isə Zaqatalada baş tutmuşdu. Yerli "Simurq" "İnter"lə oyunda 2:3 hesabı ilə məğlub olmuşdu.

Son xəbərlər

Orphus sistemi