​Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilib

​Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilib Qarşılaşmaların 3-ü paytaxt Bakıda, 1-i isə Zaqatalada baş tutub
Futbol
17 Aprel , 2015 22:00
​Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan premyer Liqasında XXX turun oyunları keçirilib. "Report"un məlumatına görə, qarşılaşmalardan 3-ü paytaxt Bakıda, biri isə Zaqatalada baş tutub.

AZAL doğma meydanda turnir cədvəlinin son pillələrində qərarlaşan "Sumqayıt"ı qonaq edib. "Təyyarəçilər" hesabda öndə olsalar da maçtın son dəqiqələrində qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Görüş 1:1 hesabı ilə başa çatıb. Digər oyunda isə paytaxtın iki klubu "Bakı" və "İnter" üz-üzə gəlib. Paytaxt derbisindən isə "bankirlər" qalib ayrılıb - 2:1.

Zaqatalada yerli "Simurq" Ağdamın "Qarabağ" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılıqlı hücumlar şəraitində keçən qaşrılaşmada Qurban Qurbanovun komandası meydanı 2:0 hesablı qələbə ilə tərk edib.

Turun və günün son qarşılaşması "Bakcell Arena"da keçilib. Paytaxtın "Neftçi" klubu "Qəbələ" ilə üz-üzə gəlib. 90 dəqiqənin sonunda sevinən tərəf qonaqlar olub. Qarşılaşma 1-3 hesabı ilə başa çatıb.

17 aprel (cümə)

16:00. "Bakı” – "İnter” - 1:2

16:00. AZAL - "Sumqayıt" - 1:1

18:00. "Simurq" - "Qarabağ" - 0:2

20:00. "Neftçi" - "Qəbələ" - 1:3

Qeyd edək ki, XXXI turun oyunları aprelin 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi