Azərbaycan Premyer Liqasında XXVII turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında XXVII turun proqramı açıqlanıb Turun son oyununda "İnter"lə "Neftçi" üz-üzə gələcək
Futbol
25 Mart , 2016 15:22
Azərbaycan Premyer Liqasında XXVII turun proqramı açıqlanıb

Bakı. 25 mart . REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün görüşlər eyni günə təyin olunub. 

Əvvəlcə Gəncədə "Kəpəz" "Zirə"ni, Bakının Şüvəlan qəsəbəsində isə AZAL "Qəbələ"ni qəbul edəcək. Ardından Sumqayıtda eyniadlı komanda turnir cədvəlindəki qonşusu "Xəzər Lənkəran"la, paytaxtın Suraxanı qəsəbəsində lider "Qarabağ" autsayder "Rəvan"la üz-üzə gələcək. Tura "İnter" və "Neftçi" arasındakı paytaxt derbisi ilə yekun vurulacaq. 

30 mart (çərşənbə)

“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

AZAL – “Qəbələ”
AZAL Arena, 15:00


“Qarabağ” – “Rəvan”
Azərsun Arena”, 17:30

“Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”, 17:00

“İnter” – “Neftçi”
“İnter Arena”, 18:00 (canlı/CBC Sport)

Son xəbərlər

Orphus sistemi