Azərbaycan Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq

Azərbaycan Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq.
Futbol
7 May , 2018 17:12
Azərbaycan Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq

Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun bir oyunu fərqli saatda başlayacaq.

Peşəkar Futbol Liqasından “Report”a verilən məlumata görə, “Keşlə” – “Qarabağ” görüşü digər qarşılaşmalarla eyni vaxtda start götürməyəcək. Bu da Ağdam klubunun çempionluğu təmin etməsi, paytaxt təmsilçisinin isə Premyer Liqada heç bir hədəfinin qalmaması ilə bağlıdır.

Əsasnamənin tələblərinə uyğun olaraq, Avropa Liqasına vəsiqə qazanmaq baxımından əhəmiyyət daşıyan “Neftçi” – “Səbail”, “Zirə” – “Kəpəz” və “Sumqayıt” – “Qəbələ” qarşılaşmaları isə eyni saata başlayacaq.

Qeyd edək ki, XXVII turun oyunları mayın 12-də keçiriləcək. “Qarabağ”la yanaşı, “Qəbələ” də avrokuboka vəsiqəni təmin edib. Hazırda “Sumqayıt” və “Neftçi” 40 xalla 3-4-cü pillələri bölüşürlər. 38 xala malik “Zirə” isə 5-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi