Azərbaycan Premyer Liqasında XXVI tura start verilir

Azərbaycan Premyer Liqasında XXVI tura start verilir "Rəvan" klubu "Sumqayıt"la qarşılaşacaq
Futbol
18 Mart , 2016 09:40
Azərbaycan Premyer Liqasında XXVI tura start verilir

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir görüş baş tutacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan paytaxtın "Rəvan" klubu 8-ci yerin sahibi "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komanda oyunun nəticəsindən asılı olmayaraq turnir cədvəlində hazırda olduğu mövqelərdə qalacaqlar. Komandalar ölkə çempionatlarında bugünədək 14 dəfə qarşılaşıblar. Bunların 6-da "Rəvan", 2-də isə "Sumqayıt" meydanı qələbə ilə tərk edib. 6 oyunda isə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası, XXVI tur

18 mart

21:00. "Rəvan" – "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Bayıl Arena"

Qeyd edək ki, turun digər oyunları 18-19 martda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi