​Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib

​Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib Çempionatın lideri olan "Qarabağ" minimal hesabla qələbə qazanıb
Futbol
8 Mart , 2015 20:06
​Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib.

"Report"un məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutub.

Günün ilk oyununda Bakının "Neftçi" və "İnter" komandaları üz-üzə gəlib. Hər iki komanda üçün böyük əhəmiyyət kəsb edən paytaxt derbisində "bankirlər" qələbəni bayram edib.

İlk olaraq "Neftçi"nin heyətində Məqsəd İsayev topu öz qapısına göndərib. Oyunun sonlarına yaxın isə Asif Məmmədov rəqib qapısına yol tapıb. Nəticədə "İnter" meydanı 2:0 hesablı qələbə ilə tərk edib.

Növbəti oyunda AZAL "Bakı"nı sınağa çəkib. Bakı klublarının qarşılıqlı hücumlar şəraitində keçən oyununda meydan sahibləri aktivinə 3 xal yazıb. 90 dəqiqənin yekununda 2:0 hesabı qeydə alınıb.

Turun digər görüşündə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Xəzər Lənkəran"la qarşılaşıb. Mərkəzi arenada keçirilən görüşdə turnir cədvəlinin hazırki lideri olan Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0.

Turun və günün son oyununda isə "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Viktor Mendi matçın 22-ci dəqiqəsində adını tabloya yazdırıb - 1:0. Tədricən matçda üstünlüyü ələ alan "qırmızı-qaralar" 34-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Bu dəfə Mendi özünün və komandasının 2-ci qolunu vurub. Qarşılaşma bu hesabla da başa çatıb.

Azərbaycan çempionatı. 25-ci tur

"Neftçi” – "İnter” - 0:2

Qollar: Məqsəd İsayev, 49 (avtoqol). Asif Məmmədov, 87

AZAL – "Bakı” - 2:0

Qollar: Aydın Qasımov, 79. Nicat Qurbanov, 90+1.

"Qarabağ” – "Xəzər Lənkəran” - 1:0

Qol: Riçard Almeyda, 48

"Qəbələ” – "Sumqayıt” - 2:0

Qollar: Viktor Mendi, 22; 34.

Qeyd edək ki, Premyer Liqada komandaların sayı tək olduğundan "Simurq" bu tur istirahət edib. XXVI turun oyunları martın 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi