Azərbaycan Premyer Liqasında XXIX turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XXIX turun oyun cədvəli açıqlanıb Tura "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə yekun vurulacaq
Futbol
4 Aprel , 2016 16:31
Azərbaycan Premyer Liqasında XXIX turun oyun cədvəli açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXIX turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun görüşləri 3 gün ərzində gerçəkləşəcək.

Tura aprelin 8-də "Qarabağ" və "Kəpəz" arasındakı mərkəzi görüşlə start veriləcək. Son qarşılaşma isə "Xəzər Lənkəran"la "Neftçi" arasındakı "böyük oyun"a təsadüf edəcək. Bütün oyunlar "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

8 aprel (cümə)

17:30. "Qarabağ" – "Kəpəz"

Bakı. "Azərsun Arena"

9 aprel (şənbə)

14:00. "Sumqayıt" – "Qəbələ"

Sumqayıt. "Kapital Bank Arena"

16:00. "İnter" – AZAL

Bakı. "İnter Arena"

10 aprel (bazar)

14:00. "Rəvan" – "Zirə"

Bakı. "Bayıl Arena"

16:30. "Xəzər Lənkəran" – "Neftçi"

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

Son xəbərlər

Orphus sistemi