​Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub

​Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub "Xəzər Lənkəran" - "Neftçi" matçında sülh qeydə alınıb
Futbol
9 Aprel , 2015 20:54

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçirilib. "Report"un məlumatına görə, turun ilk 3 qarşılaşması arasında daha çox "Xəzər Lənkəran" - "Neftçi" matçı diqqət mərkəzində olub.

Bakı təmsilçisi səfərdə iki qol vursa da, qələbə hesabını qoruya bilməyib. İlk hissədə meydan sahiblərinin bir nəfər azlıqda qalmasına baxmayaraq, "ağ-yaşıllar" çətin görüşdən 1 xalla ayrılmağı bacarıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Son 2 turda qələbəyə həsrət qalmış "Qarabağ" eyni sayda məğlubiyyətə düçar olan AZAL üzərində qələbəyə sevinib. Səfərdə qapısında bir top görən Ağdam təmsilçisi 2 qol vuraraq aktivinə 3 xal yazıb - 2:1.

Autsayderlərin duelində isə "Sumqayıt" "Bakı"nı sınağa çəkib və matç qolsuz bərabərliklə yekunlaşıb.

Günün son matçında "Qəbələ" bu mövsüm ardıcıl 4 oyunda qalib gələ bilmədiyi "Simurq"u qəbul edib. Əyalət klublarının görüşündə meydan sahibləri qələbə qazanıb - 1:0.

9 aprel (cümə axşamı)

17:00. "Xəzər Lənkəran” – "Neftçi” - 2:2

17:00. "Qarabağ” – AZAL - 2:1

17:00. "Sumqayıt” – "Bakı” - 0:0

19:00. "Qəbələ” – "Simurq” - 1:0

Son xəbərlər

Orphus sistemi