Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub "Sumqayıt"-"Neftçi" qarşılaşması ilə yanaşı daha 3 görüş baş tutub
Futbol
2 Aprel , 2017 21:46
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. 

"Report"un məlumatına görə, həftənin açılış matçında "Sumqayıt" "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikdən sonra daha 3 görüş baş tutub.

"İnter"lə AZAL-ın dueli meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mövsümün başa çatmasına 4 tur qalmış "təyyarəçilər"in elita ilə vidalaşması rəsmiləşib.

Lider "Qarabağ" "Kəpəz"lə matçda məğlub duruma düşsə də, 2 qol vuraraq qalib gəlib və xalını 52-yə çatdırıb.

İkinci sıradakı "Qəbələ" "Zirə" ilə oyunda erkən qol vursa da, üstünlüyü sona qədər qoruya bilməyib. Dumanlı hava şəraitində keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Artıq "qırmızı-qaralar" "Qarabağ"dan 4 xal geri qalırlar.

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

“İnter” – AZAL 2:1

Qollar: Denis Silva, 48, Rauf Əliyev, 90+1 - Kvirtiya, 90+2

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakı. “İnter Arena”

İlk üç dövrə - 3:1, 3:0, 1:0

“Qarabağ” – “Kəpəz” 2:1

Qollar: Dino Ndlovu, 41, Miçel Madeyra 47 - Renan Silva, 26

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika stadionu

İlk üç dövrə - 1:1, 1:0, 1:0

“Qəbələ” – “Zirə” 1:1

Qollar: Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 62

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

İlk üç dövrə - 2:0, 1:0, 2:2

Son xəbərlər

Orphus sistemi