Yuxarı

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub - VİDEO

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub - VİDEO
Neftçi Zirəni məğlub edərək 4-cü pillədə gedən rəqibi ilə xal fərqini azaldıb

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Neftçi" üz-üzə gəlib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 10-cu dəqiqədə penaltidən Rəhman Hacıyev vurub.

Əsas hadisələr fasilədən sonra baş verib. 51-ci dəqiqədə "Zirə"nin makedoniyalı legioneri Yani Urdinov meydandan qovulub. Oyunun sonlarına doğru azarkeşlər "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər. Buna cavab olaraq, Abbasov fanatlara sərt etiraz edib. Nəticədə o, texniki zonadan kənarlaşdırılıb.

"Neftçi" say üstünlüyündən oyunun sonlarında yararlanıb. 90-cı dəqiqədə İqnasio Herrera, 90+5-ci dəqiqədə isə Rəşad Sadiqov fərqlənib.

Beləliklə, "Neftçi" ilk dəfə Premyer Liqada "Zirə" üzərində qələbəyə imza atıb və 35 xalla 4-cü pillədə gedən rəqibi ilə xal fərqini minimuma endirib. İlk 3 pillədə isə müvafiq olaraq, 56 xalla "Qarabağ", 42 xalla "Qəbələ" və 39 xalla "Sumqayıt" qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi