​Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub

​Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub Turun mərkəzi görüşü "Neftçi" və "Qarabağ" arasında baş tutub
Futbol
19 Fevral , 2015 21:29
​Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. "Report"un məlumatına görə, turun bütün görüşləri eyni gündə keçirilib.

Açılış oyunu Şüvəlanda baş tutub. AZAL doğma azarkeşlər önündə "İnter"i sınağa çəkib. "Təyyarəçilər" matçın ilk dəqiqəsində rəqib qapısına yol tapsalar da, qələbə hesabını qoruya bilməyiblər. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Zaqataladakı matçda "Simurq" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Turnir cədvəlinin son pillələrində qərarlaşan "Gənclik şəhəri" təmsilçisi ilə bu mövsüm avrokubokları hədəfləyən əyalət klubu arasındakı görüş də, 1:1 hesabı ilə başa çatıb.

"Qəbələ" isə öz meydanında "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. "Qırmızı-qaralar" hesabda geri olmalarına baxmayaraq, oyunda dönüş yarada biliblər. "Qəbələ" 3 xalı 3 qolla qazanıb - 3:1.

Turun mərkəzi matçı "Bakcell Arena"da keçirilib. "Neftçi" və "Qarabağ" komandalarının görüşü qarşılıqlı hücumlar şəraitində keçib. Buna baxmayaraq oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha aktiv başlayan qonaqlar matçın bitməsinə bir neçə dəqiqə qalmış hesabı açıb. 89-cu dəqiqədə Reynaldo topu rəqib qapısına göndərib. Qarşılaşma bu hesabla da başa çatıb.

AZAL - "İnter" 1:1

Qollar: Freddi Mombonqo, 1 - Franla Nildo, 18.

"Simurq" - "Sumqayıt" 1:1

Qollar: Draqan Çeran, 45+1 - Məhəmməd Qurbanov, 39.

"Qəbələ" - "Xəzər Lənkəran" 3:1

Qollar: Ekiqo Ehiosun, 48. Ruslan Abışov, 77. Ürfan Abbasov, 90+3 - Sadio Tounkara, 33.

"Neftçi" - "Qarabağ" 0:1

Qol: Reynaldo, 89.

Son xəbərlər

Orphus sistemi