Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub - VİDEO

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub - VİDEO Turun son oyununda "Neftçi" "Səbail"I məğlub edib
Futbol
2 Aprel , 2018 21:36
Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub - VİDEO

Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin, eyni zamanda III dövrənin son matçı "Neftçi" və "Səbail" komandaları arasında olub.

"Bakcell Arena"da baş tutan görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində İqnasio Herrera dubl edib. Çilili futbolçu 49 və 87-ci dəqiqələrdə fərqlənib.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik baş verməyib. "Neftçi" 30 xalla 5-ci, "Səbail" isə 18 xalla 6-cı sıradadır.

XXI turun digər 3 oyununda heç-heçə qeydə alınıb. "Kəpəz" - "Zirə" (0:0), "Qarabağ" - "Keşlə" (1:1) və "Qəbələ" - "Sumqayıt" (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi