Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulur

    Son görüşdə Zirə və Rəvan komandaları qarşılaşacaq

    Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə bir qarşılaşma keçiriləcək.

    "Zirə" doğma azarkeşlər önündə "Rəvan"la üz-üzə gələcək. Bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. "Zirə" 3 xal əldə edərsə, turnir cədvəlinin lideri "Qarabağ"la xal fərqini yenidən 6-ya endirəcək. FİFA İntizam Komitəsinin müraciəti əsasında yanvarın 26-da AFFA tərəfindən 6 xalı silinən "Rəvan" isə ən yaxın qonşusu "Xəzər Lənkəran"la xal fərqini azaltmaq üçün mütləq səfərdən qalib dönməlidir.

    Komandalar cəmi iki dəfə üz-üzə gəliblər. Cari mövsümün ilk dövrəsində "Zirə" 2:1, ikinci dövrədə "Rəvan" 1:0 hesabı ilə qalib gəlib.

    Azərbaycan Premyer Liqası, XXI tur

    18:30. "Zirə" – "Rəvan"

    Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev

    AFFA nümayəndəsi: Sakin Məmmədzadə

    Hakim-inspektor: Murad Məmmədov

    Zirə İdman Kompleksinin stadionu.

    Qeyd edək ki, AZAL və "İnter" komandaları arasında Şüvəlanda keçirilmiş turun açılış oyununda qolsuz heç-heçə qeydə alınıb. Digər oyunlarda isə "Neftçi" Bakıda "Xəzər Lənkəran"ı 1:0, "Qarabağ" səfərdə "Kəpəz"i 2:1, "Qəbələ" isə öz meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi