Azərbaycan Premyer Liqasında XXI tura start verilib

Azərbaycan Premyer Liqasında XXI tura start verilib “Sumqayıt”ı məğlub edən “Qarabağ” 1-ci pilləyə yüksəlib
Futbol
4 Mart , 2017 17:53
Azərbaycan Premyer Liqasında XXI tura start verilib

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. “Report”un məlumatına görə, III dövrənin son turunun açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə “Qarabağ” arasında baş tutub.

Ağdam klubu Samir Abasovun rəhbərlik etdiyi kollektivi ilk iki dövrədə olduğu kimi yenə məğlub edib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini 4:0 hesabı ilə üstələyib.

Bu qələbədən sonra xallarını 45-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. “Qəbələ” bu gün “İnter”lə görüşdə xal itirəcəyi təqdirdə, Ağdam təmsilçisi zirvədəki mövqeyini qorumuş olacaq.

“Sumqayıt” isə 25 xalla 5-ci sırada qalıb.

Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)

“Sumqayıt” – “Qarabağ” 0:4
Qollar: Markos Madera, 23. Riçard Almeyda, 45. Muarem Muarem, 49. Bədavi Hüseynov, 60
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”
İlk iki dövrə - 0:2, 0:3

Son xəbərlər

Orphus sistemi