Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, turun mərkəzi görüşü sayılan "İnter" - "Qəbələ" oyunu FİFA referisi Rəhim Həsənova həvalə olunub.
Digər FİFA referiləri Əliyar Ağayev və Orxan Məmmədov isə bu turda təyinat almayıb.
Turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
XX tur
5 fevral
16:30. "Neftçi" – "Rəvan"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı, "Bakcell Arena"
6 fevral
17:30. "Qarabağ" – "Xəzər Lənkəran"
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
15:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt, "Kapital Bank Arena"
7 fevral
17:30. "İnter" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Bakı, "İnter Arena"
13:30. "Kəpəz" – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu